Mühasibatlıq çox tələb edilən ixtisasdır və mühasibə hər bir şirkətin ehtiyacı var. Mühasib əmək haqqının hesablanması ilə yanaşı, maddi vəsaitlərin, həmçinin vergiyə tutulan məbləğin hesablanmasını həyata keçirir.
Mühasib dövlət orqanları, məsələn, vergi orqanları ilə ünsiyyət saxlamağı bacarmalıdır. Müəssisənin maliyyə vəziyyətini bilməli, hər hansı razılaşmanın müəssisənin balansına necə təsir edəcəyini qabaqcadan təyin etməyi bacarmalıdır.
Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbələr aşağıda sadalanan fənləri bilməlidirlər: maliyyə, statistika, səmərəli fəaliyyətin analizi, kredit, hesabatın tərtibi metodikası.
Bu ixtisas üzrə ali məktəbi bitirən tələbələr müxtəlif təşkilatlarda işləyə bilər. Belə ki, mühasibə bütün müəssisə və təşkilatlarda ehtiyac var. Mühasiblər müxtəlif firmalar, şirkətlər və banklarda, həmçinin istənilən müəssisənin iqtisadi planlaşdırılma və analiz şöbəsində fəaliyyət göstərə bilər. Başqa şirkətlərə mühasibat xidməti göstərən bir çox şirkətlər mövcuddur.
Daha çox göstər
Comments (1)
Mühasibatlıq,
Mühasibatlıq xidməti,
Sərfəli və etibarlı mühasibatlıq xidmətləri
https://www.growth.az/