Bakı Biznes Universiteti 1993-cü ildə yaradılmışdır. O, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsidir.
Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək ixtisasli mütəxəssislərə, o cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil müəssisəsi kimi bu problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasinin Təhsil Nazirliyinin 1993-cü ildə Bakı Biznes Universitetinə fəaliyyət üçün verdiyi qərara uyğun olaraq Nazirlər Kabinetinin 204 sayli sərəncamına əsasən Universitet lisenziya ilə təmin edilmişdir. Həmin lisenziya ilə Universitetdə bakalavr və magistr pillələrində mütəxəssis hazırlığı müəyyən edilmişdir.
Bakı Biznes Universitetində tədris prosesi 14 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 9 kafedra tərəfindən aparılır.
Universitetdə iqtisadiyyat, hüquq və biznes sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar.
Tədris prosesinin əsas məqsədi hər bir tələbənin fərdi keyfiyyətlərinin üzə çıxması üçün şərait yaratmaqdır. Tədris prosesində aparıcı fənlər təlim vaxtının 80%-ni təşkil edir.
Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.
Universitetdə iki mərhələdə - bakalavr və magistr pillələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr əyani və qiyabi təhsil alırlar.
İxtisaslar:
Comments (14)