Azərbaycan İctimai-Siyasi Universiteti Universitet

Bakı, Bakı, F.Ağayev küç 14  

Təsvir

Azərbaycan İctimai-Siyasi Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsidir.

Universitet 1991-ci ilin iyun ayından fəaliyyətə başlamış (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır.

AİSU-da aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

AZƏRBAYCAN BÖLMƏSİ
Beynəlxalq iqtisadi münasibətlər (əyani)
Regionşünaslıq (Yaxın və Orta Şərq), (əyani)
Azərbaycan dili və ədəbiyyatı (əyani, qiyabi)
Xarici dil və ədəbiyyat (ərəb dili, əyani)
Jurnalistika (əyani, qiyabi)

RUS BÖLMƏSİ
Beynəlxalq iqtisadi münasibətlər (əyani)

Azərbaycan İctimai-Siyasi Universitetində Azərbaycan Elmlər Akademiyasının 12 həqiqi və müxbir üzvü, 42 elmlər doktoru, professor, 45 elmlər namizədi, dosent çalışır. Təhsil Azərbaycan və rus dillərində aparılır. Universitetdə bakalavr pilləsində yüksək ixtisaslı kadrlar hazırlanır. Təhsil müddəti əyani şöbədə 4, qiyabi şöbədə 5 ildir. Tələbələr təhsil aldığı müddətdə hərbi xidmətdən azad olunurlar. Şəhid, köçkün, müharibə dəhşətlərinə məruz qalan və imkansız ailələrdən olan tələbələrə təhsil xərcinin ödənilməsində güzəştlər edilir. Dərs əlaçıları son kurslarda xarici ölkələrə göndərilirlər.

Universitetdə 10 kafedra: hüquq fənləri, təbiət fənləri, iqtisad fənləri, xarici dillər, Azərbaycan dili və ədəbiyyatı, beynəlxalq münasibətlər, fəlsəfə və sosial-siyasi fənlər, şərq dilləri və ədəbiyyatı, hərbi-tibbi hazırlıq fəaliyyət göstərir. Müasir səviyyədə təchiz edilmiş linqafon və kompüter kabinələri, kitabxana, idman və konfrans zalı, bufet-yeməkxana tələbələrin xildmətindədir.

Universitetin kafedraları respublikanın ali məktəbləri, habelə Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin uyğun ali məktəbləri ilə kadr hazırlığı sahəsində əməkdaşlıq edir, alimləri respublika və beynəlxalq elmi konfranslarda və simpoziumlarda fəal iştirak edir.

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: AİSU
  • Сайт: Open Link
  • Ректор: Rasim Nəbiyev

Əlaqəli

Comments (0)