Azərbaycan Dövlət Aqrar Universiteti Universitet

Bakı, Gəncə şəhəri, Atatürk prospekti, 262. AZ2000

Təsvir

Azərbaycanda kənd təsərrüfatı təhsilinin təşkili fikri hələ XIX əsrin sonlarında meydana gəlmişdi. Bu mütərəqqi ideya ilk öncə məşhur “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabidən gəlmişdir. Onun “Torpaq, su və hava”, “Barama qurdunun saxlanması” adlı əsərləri xüsusi maraqla qarşılandı. Bu təsirlər altında Nəcəf bəy Vəzirov o zaman Moskvada Petrovsk-Razumovski adına Meşə Təsərrüfatı Akademiyasını bitirərək kənd təsərrüfatı üzrə ilk diplomlu mütəxəssis kimi doğma yurduna qayıtdı.

1918-ci ilin may ayında Şərqdə ilk müstəqil müsəlman respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən kənd təsərrüfatının inkişafına, ölkənin aqrar bölümü üçün mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilirdi.

1920-ci il dekabrın 14-də Bakı şəhərində Azərbaycan Politexnik İnstitutunun nəzdində kənd təsərrüfatı fakültəsi yaradılmaqla Azərbaycanda ali kənd təsərrüfatı təhsili üzrə mütəxəssis hazırlığına başlanılmışdır.

1920-ci il dekabrın 16-da fakültənin Elmi Şurasının ilk yığıncağı keçirilir. Dekabrın 18-də Elmi Şuranın növbədənkənar yığıncağında fakültə dekanları, digər bölmə rəhbərləri təyin edilir.

1921-ci ilin yanvarında fakültəyə ilk dəfə cəmi 24 nəfər qəbul edilmiş, yanvarın 2-də fakültədə ilk zənglə birinci dərs başlanılmışdır. 1921-ci ilin sentyabrında fakültəyə 78 nəfər tələbə qəbul edilmişdir.

Fakültənin nəzdində botanika, zoologiya, kənd təsərrüfatı maşınları, kənd təsərrüfatı heyvanlarının anatomiyası və fiziologiyası, meteorologiya, torpaqşünaslıq və ümumi əkinçilik kafedraları yaradılmışdı. 1922-ci ilin əvvəllərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə fakültəyə tədris-təcrübə təsərrüfatı yaratmaq üçün Qusarda keçmiş Bakı gimnaziyasının tərkibində 4 hektar əkin yeri ayrılır. Bu torpaqların təcrübə və elmi işlərin aparılması üçün çox da yararlı olmaması, həmçinin burada lazımi şəraitin yaradılmaması tədris-təcrübə təsərrüfatının ləğvinə səbəb olur. Amma, 1925-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissariatı yeni təsərrüfat üçün keçmiş Göyçay qəzasında 2 min hektardan ibarət bir sahə (Ərəb Mehdibəy sahəsi) ayırır.

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: ADAU
  • Сайт: Open Link
  • Ректор: Mirdamed Mirsadiq oğlu Sadıqov

Əlaqəli

İxtisas53

  1. Экономика
  2. Биология
  3. Yer quruluşu, torpaq və şəhər kadastrı
  4. Dünya iqtisadiyyatı
  5. İqtisadiyyat
  6. Biologiya
  7. Torpaqşünaslıq və aqrokimya
  8. Мировая экономика
  9. Su bioehtiyatları və akvabitkilər
  10. Qida məhsulları mühəndisliyi
  11. İstehlak mallarının ekspertizası və marketinqi
  12. Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
  13. Mühasibat uçotu və audit
  14. Maliyyə
  15. Marketinq
  16. Biznesin idarə edilməsi
  17. Ekologiya mühəndisliyi
  18. Elektroenergetika mühəndisliyi
  19. Elektrik mühəndisliyi
  20. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  21. Менеджмент
  22. Maşın mühəndisliyi
  23. Dizayn
  24. Дизайн
  25. Инженер по информационным технологиям и системам
  26. Фармация
  27. Əczaçılıq
  28. Экспертиза и маркетинг потребительских товаров
  29. Инженер-электроэнергетик
  30. Агроинженерия
  31. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
  32. Мировая экономика (аграрная отрасль)
  33. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
  34. Агрономия
  35. Зоотехния
  36. Ветеринария
  37. Ekologiya (ekologiya və ekoloji kənd təsərrüfatı)
  38. Aqromühəndislik
  39. Memarlıq
  40. Maliyyə (aqrar sahədə)
  41. Menecment (aqrar sahədə)
  42. Menecment (alman proqramı)
  43. Dünya iqtisadiyyatı (aqrar sahədə)
  44. Aqronomluq
  45. Zootexniklik
  46. Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
  47. Meşəçilik
  48. Əczaçılıq (baytarlıqda)
  49. Baytarlıq
  50. Архитектура
  51. Инженер по наземным транспортным средствам
  52. Dünya iqtisadiyyatı (tədris ingilis dilində aparılır)
  53. Рыбоводство и рыбохозяйственное дело

Fakültə5

Xəritəsi

Comments (1)

  1. sukurzadsayad_1558607217_2iziD8Mrs9
    sukurzadsayad_1558607217_2iziD8Mrs9 3 months ago
    Psixologiya testləri

Daha çox məlumat