1939-cu ildə Kirovabadda (Gəncə) Azərbaycanın qərb zonasına müəllim kadrlarının hazırlanması üçün iki illik Müəllimlər İnstitutu təşkil etmişdir. Müəllimlər İnstitutunun məzunları natamam ali təhsil alırdılar. 1943-cü ildə institut ali təhsil müəssisəsinə çevrildi - Kirovobad Dövlət Pedaqoji İnstitutu və ona görkəmli Azərbaycan pedaqoqu və ictimai xadimi Həsənbəy Zərdabinin adı verildi. O vaxtdan etibarən institut respublikanın ali təhsilli müəllimlərin hazırlanması üçün əsas təhsil müəsssələrindən biridir.13 İyun 2000-ci il Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə inistitut Gəncə Dövlət Universiteti adlandırılmışdır.
Hal-hazırda tədris 8 fakültədə 21 ixtisas üzrə aparılır.
Fakültələr:
Riyaziyyat və İnformatika
Fizika və texniki fənlər
Biologiya və Kimya
Filologiya
Tarix və Coğrafiya
Xarici Dillər
Pedaqoji
İqtisadiyyat və İdarəetmə
İxtisaslar:
Riyaziyyat (bakalavr, 4 il)
Riyazi informatika (bakalavr, 4 il)
Riyazi fizika (bakalavr, 4 il)
Fizika (bakalavr, 4 il)
Peşə təhsil (ali təhsil - 5 il)
Coğrafiya (bakalavr, 4 il)
İqtisadiyyat (bakalavr, 4 il)
Tarix (bakalavr, 4 il)
Azərbaycan dili və ədəbiyyatı (bakalavr, 4 il)
İngilis dili (bakalavr, 4 il)
Fransız (bakalavr, 4 il)
Rus dili (bakalavr, 4 il)
Biologiya (bakalavr, 4 il)
Kimya (bakalavr, 4 il)
Kimya-biologiya (bakalavr, 4 il)
Pedaqogika və ibtidai təhsil metodları (ali təhsil - 5 il)
Pedaqogika və psixologiya (ali təhsil - 5 il)
Məktəbəqədər təhsil psixologiya və pedaqogika (ali təhsil - 5 il)
Musiqi Təhsili (ali təhsil - 5 il)
Rəsmxətt və təsviri incəsənət (ali təhsil - 5 il)
Əsas hərbi və fiziki hazırlıq (ali təhsil - 5 il)
Universitetin 26 kafedrasında 20 elmlər doktoru və professor, 156 elmlər namizədi və dosent, 150 artıq müəllim və baş-müəllim çalışır. İnstitutun müasir avadanlıq ilə təchiz olunmuş geniş kitabxanası, kompüter otağı, laboratoriyaları vardır.Universiteti idman zalı müasir idman avadanlıqları ilə təchiz olunmuşdur.
Comments (0)