Azərbaycan Memarlıq və İnşaat Universiteti Universitet

Bakı, Ayna Sultanova küç., 11 AZ1073

Təsvir

Azərbaycan Memarlıq və İnşaat Universiteti inşaat sahəsində olan Qafqazda ilk təhsil müəssəsidir. Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir. Univesitetin ümumi sahəsi 49000 m2  olan 5 tədris korpusu, tələbə şəhərciyi vardır. Şəhərcikdə xarici tələbələr üçün 9 mərtəbəli 1 yataqxana korpusu və kommersiya əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir. Universitetin nəzdində İnşaat Kolleci və texniki təmayüllü Lisey fəaliyyət göstərir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Dövlət Universitetinin tərkibində "İnşaat" fakültəsi, 1930-34-cü illərdə sərbəst İnşaat İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnustitutunun tərkibində "İnşaat" fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar "İnşaat" fakültəsi ora köçürülmüşdür. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildən İnstitut Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.
Universitetdə yataqxana, yemekxana, poliklinika, və kitabxana fəaliyyət göstərir.
Universitetdə 5000-dən yuxarı tələbə təhsil alır.
Azərbaycan Memarlıq və İnşaat Universitetində 300 nəfərdən çox müəllim fəaliyyət göstərir ki, bunlardan  50 nəfərdən çoxu elmlər doktoru və professorlar, 100 nəfərdən çoxu isə elmlər namizədidir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində minimum təhsil haqqı 1500-2000 manat təşkil edir.
Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: AMİU
  • Сайт: Open Link
  • Ректор: Məmmədova Gülçöhrə Hüseyn qızı

Əlaqəli

İxtisas37

  1. Geodeziya və xəritəçilik mühəndisliyi
  2. Yer quruluşu, torpaq və şəhər kadastrı
  3. Maliyyə
  4. Menecment
  5. Marketinq
  6. Biznesin idarə edilməsi
  7. Sənayenin təşkili və idarə olunması
  8. Финансы
  9. Ekologiya mühəndisliyi
  10. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  11. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  12. İnşaat mühəndisliyi
  13. Инженер-строитель
  14. Маркетинг
  15. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  16. Dizayn
  17. Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
  18. Дизайн
  19. Организация и управление промышленностью
  20. Инженер по информационным технологиям и системам
  21. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
  22. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
  23. Memarlıq
  24. Архитектура
  25. Инженер по автоматизации процессов
  26. Инженер по транспортному строительству
  27. Инженер по мелиоративному и водохозяйственному строительству
  28. Materialşünaslıq mühəndisliyi
  29. Neft-qaz qurğuları mühəndisliyi
  30. Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
  31. Nəqliyyat tikintisi mühəndisliyi
  32. Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
  33. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
  34. Инженер-строитель инженерных систем и установок
  35. Mexanika mühəndisliyi
  36. Чрезвычайные ситуации и безопасность жизнедеятельности
  37. Инженер по строительству инженерных систем и сооружений

Fakültə6

Xəritəsi

Comments (5)

  1. Guest
    Guest 3 years ago
    Salam.2020 ci tədris ilinin birinci kursları üçün dərslər nə zaman açılacaq?
  2. Guest
    Guest 2 years ago
    Salam.pandemiya ile elaqedar olaraq son kurslarin idenisini hisse hisse etnek mumkundur?
  3. Guest
    Guest a year ago
    Salam.imtahan keçid balı nə qədərdir?
  4. Guest
    Salam, telebenin azmiu da oxudugu haqda arayishi distancionno almaq ucun hara muraciet etmeliyem? cavaba gore evvelceden oz minnetdarligimi bildirirem.
    Hormetle: Atesh
  5. Guest
    Salam sizde bazar gunu universitet aciq olur.?