Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 20 noyabr 1935-ci ildə yaradılmışdır. 1980-ci ildə ADHTİ-nin nəzdində yataqxana istifadəyə verilmiş, elmi-informasiya patent şöbəsi, təşkil olunmuş "Nevrologiya" kafedrası, "Anesteziologiya və reanimatologiya", "Əczaçılığın təşkili və iqtisadiyyatı" kafedraları yaradılmışdır.
1988-ci ildə "Cərrahiyyə klinikası" sonradan "Tibbi Genetika İmmunologiyanın Əsasları" kafedrası təşkil olunmuşdur. 1994-cü ildə "Onkologiya" kafedrası, 1998-ci ildə "Klinika biokimya və İmmunologiyanın Əsasları", Şüa diaqnostikası və Endoskopiya", "Məhkəmə təbabəti və patoloji anatomiya" kafedraları təşkil olunmuşdur. 2000-2003-cü illərdə "Proktologiya", "Təxirəsalınmaz Tibbi Yardım", "Ailə Təbabəti" kafedraları yaradılmışdır. Hazırda 28 kafedra fəaliyyət göstərir.
2013-cü ilin aprel ayından ADHTİ-nin rektor vəzifəsinə professor Nazim Qasımov təyin olunub.
ADHTİ-nin fakültələri:
1. Terapiya fakültəsi
2. Cərrahiyyə fakültəsi
3. Tibbi profilaktika fakültəsi
Comments (2)