Memarlıq fakultəsinin 90 ildən artıq tarixi vardır. Fakultə Memarlıq və Dizayn ixtisasları üzrə bakalavr və Magistr təhsil pilləsində mütəxəssislər hazırlayır. Memarlıq fakültəsində iki istiqamətdə − memarlıq və dizayn sahəsi üzrə tədris olunan fənlərin elmi-təcrübi fəaliyyətinin əsas məqsədi layihələndirmə prosesinin mənimsənilməsinə yönəldilmişdir. Bu fakültəni bitirən mütəxəssislər tikinti memarlığı, şəhərsalma, ətraf mühitin abadlaşdırılması, tarixi abidələrin bərpası, dizayn və s. sahələrdə səmərəli fəaliyyət göstərirlər. Hal-hazırda fakultədə 11 memarlıq doktoru, 17- professor, 33- memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin biliklərini tələbələrimizlə paylaşır. Memarlıq fakultəsində 665 bakalavr və 69 magistrant olmaqla 734 tələbə təhsil alır.Həmçinin memarlıq ixtisası üzrə 2017-2018-ci tədris ili üçün ingilis dilində təhsil qəbul planı hazırlanır.
Daha çox göstər