Hər bir şirkət biznesin təşkili, istehsalı və şirkətin gəlirini artırmaq, bununla belə xərcləri azaltmaq üçün mütəmadi olaraq həllər axtarır. Prosesslərin avtomatlaşdırılması mühəndisi məhz bununla məşğul olur.
Prosesslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə aşağıdakı fənnlər keçilir: tətbiqi mexanika, avtomatlaşdırma və idarə üsulları, elektrotexnika və elektronika, proqramlaşdırma, materialşünaslıq, mühəndislik, avtomatik idarə nəzəriyyəsi, kompüter qraikası.
Prosesslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsilini başa vurmuş tələbələr avtomatlaşdırılmış sistemlərin idarəsi mühəndisliyi, avtomatlaşdırılmış sistemlərin konstruktoru, istehsal proseslərinin mexanikləşdirməsi və optimallaşdırılması mühəndisliyi, proqramçı, avtomatlaşdırılmış idarə sistemlərini işləyib-hazırlayan və s.kimi vəzifələrdə çalışa bilər.
Tələbələr məhsulun keyfiyyətini qiymətləndirməyi, konstruktor sənədlərini (çertyoj) hazırlamağı, avtomatlaşdırılmış sistemlərin proqram kompleksini layihələşdirməyi, vəsait və məhsulun sertifikatlaşdırılmasını aparmağı və s. öyrənirlər.
Daha çox göstər
Comments (10)