Neft və qazqurğuları üzrə mühəndis neft və qaz avadanlıqları istehsalı, saxlanılması və istismarı, dəniz neft -qaz qurğuları və neft emalı avadanlıqlarının hazırlanması ilə məşğul olan mütəxəssisdir.
Neft və qaz qurğuları üzrə mühəndis ixtisasını öyrənən tələbələrə aşağıda sadalanan fənlər tədris edilir: fizika, ali riyaziyyat, hidravlika, neft və qaz quyularının texnika və texnologiyası, nəzəri mexanika, neft emalı avadanlıqları və s.
Bu ixtisas üzrə təhsilini başa vumuş məzunlar mühəndis-mexanik, mühəndis-konstruktor vəzifəsində çalışa bilər. Neft emalı zavodları, dəniz neft və qaz qurğuları, neft yataqları, neft-qaz istehsalı üçün avadanlıqların təmiri ilə məşğul olan şirkətlər, qazma işləri ilə, neft hasilatı ilə məşğul olan müəssisələr, elmi-tədqiqat mərkəzləri və s. bu ixtisasın məzunlarının əsas iş yerləridir.
Daha çox göstər
Comments (10)
oxuyub bitirdikdən sonra bakıdan başqa bölgələrdə işləmək olurmu ? Birdə bu ixtisasa magristir oxumaq vacibdirmi zəhmət olmasa sualımı cavablayarsiniz! Təşəkkürlər