Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsi Fakültə

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Təsvir

Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi Universitetin Elmi Şurasının 20.09.2001-ci il tarixli qərarı ilə Su təsərrüfatı və ekologiya və Mühəndis sistem və qurğuları fakültələrinin bazası əsasında təşkil edilmişdir. Hidromeliorasiya fakültəsi 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun tərkibində, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda açılmış və müxtəlif dövrlərdə «Hidrotexnika və meliorasiya tikintisi» və «Su təsərrüfatı tikintisi və ekologi­ya» adlandırılmışdır. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu fəaliyyətə başlayanda Sanitariya texnikası fakültəsi yaradılmışdır. Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində 830 tələbə təhsilin bakalavr və magistr pillələrində təhsil alır. Fakültənin məzunları ''Azəriqaz'' Qapalı Səhmdar Cəmiyyəti, ''Azərsu'' Səhmdar Cəmiyyəti, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, H.Ə.Əliyev adına Dərin Özüllər Zavodu, Azərbaycan Dövlət Dəniz Nəqliyyat Layihə və ET İnstitutu, Bakı şəhəri istilik idarəsi və Neft-qaz tikinti trestində çalışırlar.Bu ixtisası bitirmiş mütəxəssislər aşağıda qeyd olunan sahələrdə işləyə bilərlər:-Ekologiya və Təbii sərvətlər Nazirliyinin tabeliyində olan idarə və müəssələrdə,-Su təsərrüfatı və Meliorasiya Komitəsinin tikinti, istismar obyektlərində, idarə və müəssisəlrində,-Balıqçılıq təsərrüfatında xidmət edən tikinti idarə və müəssisələrdə,-Təmiz Şəhər ASC-də,-Azərsu ASC-də,Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi.Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir:-Melorasiya və Su Təsərrüfatı tikintisi-Ali riyaziyyat-Ekologiya-Mühəndis sistem və qurğuların tikintisi. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан: Musayev Zakir
  • О декане:

Daha çox məlumat