Azərbaycan Texnologiya Universiteti Universitet

Bakı, Gəncə ş, Şah İsmayıl Xətai prospekti,103 AZ2011

Təsvir

Azərbaycan Respublikasının 13.06.2000-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılmışdır.
Universitetdə hal-hazırda 4 fakültə, 19 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3–iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir. Həmçinin tələbələr üçün yataqxana, yeməkxana və kitabxana fəaliyyət göstərir. 
Universitetdə 1500 tələbə təhsil alır. Eyni zamanda bu təhsil ocağında 250 nəfərdən çox müəllim vardır. Bunlardan 50 nəfərə yaxını elmlər doktoru və professorlardır, 100 nəfərə yaxın isə elmlər namizədədir.
Universitetdə minimal təhsil haqqı 2000- 2500 manatdır.

FAKÜLTƏLƏR:

Standartlaşdırma və texnoloji maşınlar

Qida məhsullarının texnologiyası və turizm

İqtisadiyyat və idarəetmə

İstehlak mallarının texnologiyası və ekspertiza

Universitetdə yeyinti, toxuculuq və yüngül sənaye sahələri üzrə mühəndis –mexaniklər və mühəndis–texnoloqlar hazırlanırlar.

Universitetdə 1983-cü ildən çoxtirajlı «Texnoloq» qəzeti və 2004-cü ildən isə «Elmi xəbərlər» məcmuəsi nəşr olunur.

Universitetdə elmi-tədqiqat işləri əsasən təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri üzrə aparılır.

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: ATU
  • Сайт: Open Link
  • Ректор: Akif Suleymanov

Əlaqəli

İxtisas29

Fakültə5

Comments (5)

  1. Guest
    Guest 2 years ago
    Men orani bitirmisem hec bir is tapa bilmirem
  2. Guest
    Guest 2 years ago
    Niyə dövlət tanımır?
  3. Guest
    Guest 7 months ago
    Salam. İxtisas seçimi zamanı Səhvən ekologiya mühəndisliyi qiyabi qeyd olunub,əgər bal əyaniyə düşürsə necə dəyişmək olar?
  4. Guest
    Guest 7 months ago
    Salam.Ekologiya ixtisasının keçid balı nə qədərdi??
  5. Guest
    Guest 6 days ago
    Təxminən 6 il bundan əvvəl o universitetdə Şahmar müəllim tarix fənnindən sərbəst işlərə görə rüşvət aldığına görə ifşa olunmuşdu. pul yığılan yer sə atasının müdür olduğu kitabxana idi, işçisi Nərmin Əhmədova adlı işçisi gələn tələbələrin adını qeyd edib pulu yığırdı. Onun da şəkilini, videosunu çəkib şikayət etdi tələbələr. Atasının və özünün bildiyi müəyyən yollar vasitəsilə Şahmar Həsənov bu işdən quru çıxdı, olan o yazıq qıza oldu, işdən azad edildi. İndi isə rüşvətxorluqda ad qazanmış Şahmar ,,müəllim,, təəssüf ki, prorektor təyin olundu. Universitet gör nə günə qalıb.