Əmtəəşünas -ekspert istehlak mallarının ekspert qiymətləndirilməsi, tələb və xərclərin səmərəliliyini tədqiq edir. Tələbələrə fizika, kimya, standartlaşdırma və sertifikasiya, ekspertiza, əmtəəşünaslıq, riyaziyyat və marketinq fənləri keçilir.
“Istehlak mallarının ekspertizası və marketinqi” ixtisasının tələbələrinə öyrədilir: istehlak bazarında araşdırma aparmaq; malların ekspert qiymətləndirilməsi; qəbul və satış prosesində malların kəmiyyət və keyfiyyətinə nəzarət; malların düzgün daşınması və saxlanmasının təşkili. “Istehlak mallarının ekspertizası və marketinqi” ixtisasının məzunlarının gələcək karyerasında geniş seçim imkanı var. Bu, gömrük xidmətində və ya Ticarət Palatasında prestijli iş ola bilər. Həmçinin bu ixtisası bitirənlər ticarət firmalarında və ya mağazalarda direktor vəzifəsində çalışa bilər. Bu ixtisas üzrə ekspert-auditor və laboratoriya mütəxəssisinə böyük tələbat var.
Həmçinin bu ixtisas üzrə diplom alımış mütəxəssislər təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərə bilər.
Comments (12)