Maşın mühəndisi maşınların alışı, istismarı və təmiri ilə yanaşı, maşınların digər şirkətlər üçün hazırlanması ilə də məşğul olur.
Maşın mühəndisliyi ixtisasını öyrənən tələbələr təhsil zamanı avadanlığın modelləşdirməsini, mexanizm və maşınların, hesablama maşınlarının nəzəriyyəsini, nəzəri mexanika elmini, texniki sənədləşmənin yerinə yetirilməsini öyrənir. Bundan əlavə tələbələr maşınları təmir etmək, maşınların sıradan çıxmasının səbəbini araşdırmaq, maşın və mexanizmlərin konstruksiyasının davamlılığını yoxlamaq, maşın və konstruksiyaların istismara buraxılması və sınaqdan keçirməsi üçün icazə sənədlərinin tərtib edilməsini və s. öyrənirlər.
Maşın mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə sadalanan fənlər tədris edilir: maşın detalları, inşaat mexanikası, dayanıqlıq nəzəriyyəsi, maşınların dinamikası və s.
Bu ixtisası bitirən tələbələr nəqliyyat şirkətlərində, elmi-tədqiqat mərkəzlərində, inşaat şirkətlərində, sənaye müəssisələrində, fabrik və zavodlarda, hərbi sahədə, aviasiyada, nəqliyyatda və digər sahələrdə çalışa bilər.
Daha çox göstər
Comments (0)