“Riyaziyyat müəllimliyi” ixtisası hər bir pedaqoji ali məktəb üçün vacibdir. Bu ixtisas sahibləri öz şagirdlərinə riyaziyyat fənnini öyrətməklə yanaşı, onun şəxsiyyətinin formalaşmasında da rol oynayır.
Gələcəyin riyaziyyat müəlliminin hazırlanması təhsil proqramı əsasında aparılır, tələbələr müəyyən fənnləri öyrənir və yekun dövlət attestasiyasını keçirlər. Bu fənnlər:
Ümumi sosial-iqtisadi və humanitar fənlər;
Ümumi təbiət fənləri və riyazi fənlər;
Ümumi ixtisas fənləri;
Əlavə ixtisas fənləri
Riyaziyyat müəllimləri ümumtəhsil məktəblərində, liseylərdə, gimnaziyalarda, həmçinin peşə təhsili müəssisələrində (texnikum, kollec və s.) işləyə bilər. Həmçinin riyaziyyat müəllimlərinə əlavə təhsil müəssisələrində, dərnəklərdə tələbat var. Hal-hazırda bu ixtisasın bir çox nümayəndələri ali məktəblərə şagird hazırlayaraq repetitorluqla məşğul olur. Riyaziyyat müəllimliyindən məktəblərdə və ya digər təhsil müəssisələrində tədris hissə müdirliyi vəzifəsinə və ya müdir vəzifəsinə yüksəlmək olar.
Daha çox göstər
Comments (0)