Azərbaycan dili və ədəbiyyatı müəllimi Azərbaycan dilində düzgün yazmaq, oxumaq və danışmaq öyrədir. Azərbaycan ədəbiyyatı dərslərində müəllim tələbələri klassik ədəbiyyat nümayəndələrinin əsərlərilə yanaşı müasir ədəbiyyat nümunələrilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Müəllim lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Müəllimin vəzifələrinə daxildir: fikirlərini şifahi və yazılı şəkildə düzgün ifadə etməyi öyrətmək, fənn üzrə sinifdən xaric iş təşkil etmək.
Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq üçün bu ixtisas üzrə təhsil almaq lazımdır: Filologiya (Azərbaycan dili və ədəbiyyatı). Təhsil alan zaman tələbələrə Azərbaycan dilinin tarixi, müasir dil, ədəbiyyat nəzəriyyəsi, dünya və Azərbaycan ədəbiyyatı tarixi tədris edilir.
Təhsil kursuna dil və ədəbiyyat metodikası, psixologiya və pedaqogika daxildir. Tələbələr məktəblərdə pedaqoji praktika keçir.
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsili başa vurduqdan sonra orta məktəblərdə, orta ixtisas və peşə məktəblərində, ali məktəblərdə işləmək olar.
Daha çox göstər
Comments (14)