Ekologiya İxtisas

Təsvir

Ekologiya ixtisası nisbətən gənc ixtisasdır. Bir çoxları bu sahəni perspektivli görür və bu da həyatda öz əksini tapır. Ekologiya ixtisasının tələbələri suyun, havanın, torpağın vəziyyətini, sənaye tullantılarının bitkilərə, heyvanlara və insanlara təsirini öyrənir. Dərs zamanı tələbələr laboratoriya işləri və təcrübi işlər yerinə yetirir, mühazirələrin icmalını tutur. Yayda isə onlar praktika keçirlər: birinci praktika –təbiətdə, ikinci -təbiəti mühafizə müəssisələrində, sonuncu isə sənaye təşkilatlarında keçilir.
 Ekologiya ixtisası kursu özündə ekologiyada lazım olan ixtisas fənləri ilə yanaşı, tələbələrin yaradıcı təfəkkürünü inkişaf etdirən humanitar, iqtisadi, təbiət elmləri kimi bir çox fənləri birləşdirir. Tələbələrə kimya fənni dərindən öyrədilir.
 Ekologiya ixtisasını bitirən məzunlar öz biliklərindən kimya laboratoriyalarında, qoruqlarda, həmçinin böyük müəssislərdə istifadə edə bilər.
  Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Comments (0)

Daha çox məlumat