Milli Aviasiya Akademiyası Universitet

Bakı, Binə, Xəzər, AZ1045

Təsvir

Azərbaycan Milli Aviasiya Akademiyası
Aviasiya mütəxəssislərinin hazırlanması beş fakültə üzrə həyata keçirilir:
• Hava nəqliyyatının uçuş-texniki istismarı 
• Aerokosmik
• Avianəqliyyat istehsalatı
• İqtisadiyyat və hüquq
• Qiyabi
Tədris Azərbaycan və rus dillərində aparılır. Qəbul üçün əsas şərt tam orta və orta ixtisas təhsilin mövcud olmasıdır. Akademiyanın maddi-texniki bazasına xüsusi dərs otağları olan müasir şəkildə təchiz olunmuş 4 tədris binası, tədris laboratoriyaları, müxtəlif təyyarə növləri olan yay tranejerləri, Məlumat Hesablama Mərkəzi və 1 müasir idman kompleksi daxildir. Xüsusi auditoriyalar müasir multimedia kompüter avadanlıqları, texniki tədris vasitələri ilə təchiz edilmişdir. MAA-da müasir elektron kitabxana, eləcə də elmi-texniki, tədris-metodiki, istinad olunan xüsusi ədəbiyyatı olan kitab fondu vardır. Kitabxana fondu daima yenilənir və artır. MAA tərkibində Aviasiya Elmi-Tədqiqat İnstitutunun (AETİ) da fəaliyyət göstərir. Bu institutun vəzifəsi elmi yenilikləri və onun sənayedə tətbiqinə qədər olan kompleks işlərin sürətli və səmərəli icrasını təmin etməkdir. MAA-da həmçinin əsas vəzifəsi gələcək nəsillərə Azərbaycanda aviasiya tarixini əks etdirən materialların axtarışı, toplanması, öyrənilməsi, qorunması, təbliği duran aviasiya muzeyi də fəaliyyət göstərir.

"Hava nəqliyyatının uçuş-texniki istismarı " fakültəsi
Fakültə təhlükəsizliyi təmin edən və uçuş heyətini effektiv idarə edən mütəxəssilər hazırlayır. Fakültəsində təhsil müddəti 5 ildir. Qəbul üçün əsas şərt tam orta və orta ixtisas təhsilin olmasıdır.Tələbələrin təhsili dövlət büdcəsi hesabına və ödənişli əsaslarla təmin olunur.
İxtisaslaşma:
Aviasiya avadanlıqlarının istismarı
Hava naviqasiyası
Metrologiya və Klimatologiya
Aviasiya texnikası avadanlıqlarının istismarı
Aviasiya elektosistemlərinin və uçuş nəzarət və naviqasiya sistemlərinin texniki istismarı
Nəqliyyat radioavadanlıqlarının texniki istismarı

İxtisas:

Mühəndis-pilot
Mühəndis-naviqator
Mühəndis- meteoroloq
Mühəndis-mexanik
Mühəndis-elektrik
Radiomühəndis


HNUTİ fakültəsinə aşağıdakı kafedralar daxildir:
1. Hava gəmilərinin uçuş istismarı
2. Aviasiya meteorologiyası
3. Uçuş aparatları və aviasiya mühərrikləri
4. Aviasiya radiotexnikası və elektronikası
5. Avionika
6. Nəqliyyat mexanikası və materialşünaslıq

“Avianəqliyyat istehsalatı” fakültəsi

Fakültəsində təhsil müddəti 5 ildir. Qəbul üçün əsas şərt tam orta və orta ixtisas təhsilin olmasıdır.Tələbələrin təhsili dövlət büdcəsi hesabına və müqavilə ilə təmin olunur.
İxtisaslaşma:
Hava nəqliyyatı istehsalının təşkili
Nəqliyyat sistemlərinin loqistikası
Aviasiya təhlükəsizliyinin təşkili
Xilasetmə və axtarış əməliyyatlarının təşkili
İxtisas:

Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
Mühəndis -loqistik
Aviasiya təhlükəsizliyinin təşkili mühəndisliyi
Xilasetmə və axtarış əməliyyatlarının təşkili mühəndisliyi
Fakültəyə aşağıdakı kafedralar daxildir: 
1. Avianəqliyyat istehsalatı
2. Aviasiya təhlükəsizliyi
3. Fizika
4. Ali riyaziyyat
5. Aviasiya psixofiziologiyası və reabilitasiya
“Aerokosmik” fakültəsi
Fakültədə təhsil müddəti: bakalavr dərəcəsi üçün 4 il, mühəndis ixtisası üçün 5 ildir. Qəbul üçün əsas şərt tam orta və orta ixtisas təhsilin olmasıdır.Tələbələrin təhsili dövlət büdcəsi hesabına və müqavilə ilə təmin olunur.

İxtisaslaşma:

Uçuşlara avtomatlaşdırılmış istismar nəzarət sistemləri
İnformasiya və İdarəetmənin Avtomatlaşdırılmış nəzarət sistemləri
Havada hərəkətin idarə olunması
Uçuşların aeronaviqasiya təminatı
Keyfiyyətə nəzarət, diaqnostika üsul və cihazları
Aerokosmik monitorinq
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması
İxtisas:

Sistem mühəndisliyi
Sistem mühəndisliyi - bakalavr
Mühəndis-menecer
Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
Cihazqayırma mühəndisliyi
Aerokosmik monitorinq mühəndisliyi
Ekologiya mühəndisliyi
Kompyuter mühəndisliyi

Aerokosmik fakültəsinə aşağıdakı kafedralar daxildir:
1. Aerokosmik informasiya texnologiyaları və idarəetmə sistemləri
2. Ətraf mühitin aerokosmik monitorinqi
3. Aeronaviqasiya
4. Avtomatika və aviasiya cihazları
5. Bədən tərbiyəsi

“İqtisadiyyat və hüquq” fakültəsi
Fakültəsində təhsil müddəti 4 ildir (bakalavr dərəcəsi). Qəbul üçün əsas şərt tam orta və orta ixtisas təhsilin olmasıdır.Tələbələrin təhsili dövlət büdcəsi hesabına və müqavilə ilə təmin olunur.
İxtisaslaşma:

İdarəetmə
Beynəlxalq iqtisadi münasibətlər
İqtisadiyyat və istehsal və xidmət sahələrinin idarə edilməsi
Gömrük işinin təşkili
Hüquqşünas
Beynəlxalq hüquq
İxtisaslar:
İqtisadçı
İnzibati menecer
Hüquqşünas

İqtisadiyyat və hüquq fakültəsinə aşağıdakı kafedralar daxildir:
1. İctimai fənlər
2. Dil və ədəbiyyat
3. Menecment
4. Beynəlxalq iqtisadi münasibətlər
5. Hüquqşünaslıq
6. İngilis dili

Qiyabi fakültə

Fakültədə təhsil müddəti 6 ildir. Tədris müqavilə əsasında aparılır. Qəbul üçün əsas şərt orta peşə və orta ixtisas təhsilin olmasıdır. 
İxtisaslaşma: 
Hava nəqliyyatı istehsalının təşkili
Havadan hərəkətin idarə olunması
Aviasiya texnikası avadanlıqlarının istismarı
Aviasiya elektosistemlərinin və uçuş nəzarət və naviqasiya sistemlərinin texniki istismarı
Nəqliyyat radioavadanlıqlarının texniki istismarı
Aviasiya təhlükəsizliyinin təşkili
Beynəlxalq iqtisadi münasibətlər
Beynəlxalq hüquq
Gömrük işinin təşkili
Aviaşirkətlərinin xarici nümayəndəliklərin idarəolunması Diaqnostika
İstehsal və xidmət sahələrinin idarəolunması və iqtisadiyyatı
Metrologiya və klimatologiya
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: MAA
  • Сайт: Open Link
  • Ректор: Arif Mir Cəlal oğlu Paşayev

Əlaqəli

İxtisas39

  1. Правоведение
  2. Dünya iqtisadiyyatı
  3. Hidrometeorologiya
  4. Hüquqşünaslıq
  5. Мировая экономика
  6. Menecment
  7. Ekologiya mühəndisliyi
  8. Elektroenergetika mühəndisliyi
  9. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  10. Kompyuter mühəndisliyi
  11. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  12. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
  13. Компьютерная инженерия
  14. Менеджмент
  15. Инженер по электронике, телекоммуникации и радиотехнике
  16. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi
  17. Инженер по информационным технологиям и системам
  18. Инженер-приборостроитель
  19. Инженер-эколог
  20. Cihazqayırma mühəndisliyi
  21. Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
  22. Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
  23. Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
  24. Uçuş mühəndisliyi (təyyarə)
  25. Uçuş mühəndisliyi (helikopter)
  26. Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
  27. Kosmik texnologiyalar mühəndisliyi
  28. Kosmik idarəetmə sistemləri mühəndisliyi
  29. Kosmik texnika mühəndisliyi
  30. Инженер по эксплуатации авиатехнического оборудования
  31. Инженер по управлению движением воздушного транспорта
  32. Инженер по полетам
  33. Инженер по организации перевозок и управлению на транспорте
  34. Инженер по полетам (самолет)
  35. Инженер по полетам (вертолет)
  36. Инженер по космическим системам управления
  37. Инженер по космической технике
  38. Инженер по безопасности технологических процессов и производства воздушного транспорта
  39. Инженер по организации авиатранспортного производства

Xəritəsi

Comments (0)

Daha çox məlumat