Azərbaycanda –Milli Aviasiya Akademiyasında (AMAA) kosmik sahədə mütəxəssislərin hazırlanmasına O.Qonçar adına Dnepropetrovsk Milli Univeristeti ilə birgə başlanmışdır.
Kosmik idarəetmə sistemləri mühəndisliyi ixtisasının tələbələri əsasən bunları öyrənir: layihənin tədqiqat metodologiyasını, avtomatik və pilotlu kosmik aparatların etibarlılığı və effektivliyi, aerokosmik və raket nəqliyyat vasitələri, kompüter nəzəriyyəsi, kosmik aparat və raketlərin hərəkət dinamikası və nəzəriyyəsi, eksperimental tədqiqatlar, raket –kosmik kompleksinin idarə edilməsi, kosmik siyasət və qanunvericilik, kompüter texnologiyaları, eksperimental tədqiqatlar, avtomatlaşdırma, fiziki proseslərin (mikroqravitasiya, hidrodinamik, qaz) kompüter və riyazi modelləşdirilməsi.
Kosmik idarəetmə sistemləri mühəndisliyi üzrə təhsil alan tələbələrə kosmik aparatların uçuş nəzəriyyəsi, kosmik aparatların layihələşdirilməsi, kosmik aparatların və onların etibarlılığını yoxlanması, kosmik aparatların hərəkət nəzəriyyəsi, kosmik aparatların və raket texnikasının quraşdırılması və s. fənlər tədris edilir.
Daha çox göstər
Comments (1)