Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi İxtisas

Təsvir

Metrologiya üzrə mühəndis istehsalın metroloji təminatı, məhsulun hazırlanması, istismarı ilə məşğul olan mütəxəssisdir. Bundan başqa metrologiya üzrə mühəndis istehsal olunan məhsulun beynəlxalq standartlara cavab verməsi üçün keyfiyyətinin artırılması ilə məşğul olur.
 Standartlaşdırma üzrə mühəndis texnoloji proseslərin təşkili, planlaşdırılması və standartlaşdırılması ilə məşğul olan mütəxəssisdir.
 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə bu fənlər keçilir: standartlaşdırmanın əsasları, sertifikasiyanın əsasları, keyfiyyət sistemi, tətbiqi metrologiya, xətti, bucaq və mexaniki ölçmələr, ölçü cihazlarının avtomatlaşdırılması, sənaye texnologiyası, beynəlxalq standartlaşdırma və sertifikasiya və s.
 Bu ixtisasın məzunları təhsilini başa vurduqdan sonra ölçü vasitələrinin texniki xarakteristikasını hazırlaya bilir, iqtisadiyyatın əsaslarını, məhsulun sertifikatlaşdırma qaydalarını , istehsalın metroloji təminatının standartlarını bilirlər.

Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Comments (5)

  1. Guest
    Guest 5 years ago
    salam restoranda qiymetin baha olmasini hara sikayet etmeli
  2. Guest
    Guest 5 years ago
    Metrolorgiya standartlaşdırma və sertifikasya mühəndisi nə işləyə bilər?
  3. Guest
    Guest 4 years ago
    metrologiya standartlasdirm ve sertifkasya muhendisi ne isleye biler?
  4. Guest
    Guest 4 years ago
    Hər hansı bir şirkətdə Metroloq vəzifəsinə keçmiş şəxs hansı sənətləri hazırlamalıdır ilk öncə və sonra nə etməlidir,?
  5. Guest
    Guest 2 years ago
    Bu suallari cavablandirsalar yaxsi olardi

Daha çox məlumat