Baytarlıq Специальность

Описание

Baytarlıq ən lazımlı ixtisaslardan biridir.
 Belə bir məsəl var: “Həkim insanı müalicə edir, baytar insanlığı”. Baytarlar heyvanların diaqnostikası və müalicəsi, heyvanlarda travmanın müalicəsi ilə məşğul olur. Baytarlıq olduqca məsuliyyətli peşədir və heyvanların öz problemini izah edə bilməməsi bu peşəni daha da mürəkkəbləşdirir.
 Baytarlıq ixtisasında təhsil alan tələbələr heyvanların anatomiyası, heyvanların fiziologiyası, virusologiya, baytarlıq genetikası, kimya, biokimya, patoloji anatomiya, histologiya və s. fənlərini öyrənir.
 Baytarın vəzifələrinə ev heyvanlarına, həmçinin zoopark və sirk heyvanlarına baytarlıq köməyi göstərmək, heyvanların yaşadığı yerlərin sanitar şəraitini yoxlamaq, heyvanları müayinə etmək və s. daxildir.
 Bu ixtisas üzrə ali məktəbi bitirənlər özəl baytarlıq klinikaları ilə yanaşı, elmi-istehsalat laboratoriyalarında, baytarlıq apteklərində, elmi-araşdırmalar institutlarında işlə təmin oluna bilər.
  Показать больше

Подробности

  • Форма обучения: Очное
  • Сектор: Азербайджан

Связанное

Comments (18)

  1. Guest
    Texnikom
  2. Guest
    Baytarliq necenci qrupdu ?
  3. Guest
    Baytarlıq neçenci qrupdu?
  4. Guest
    4cu qrup
  5. Guest
    Men hele ozum baytar olmaq isteyirem
  6. Guest
    11ci sinifdən baytarlıq kollecinə daxil olmaq olarmı
  7. Guest
    Baytarliq kolleci hec var ki ?
  8. Guest
    4cu qrup en cetinii
  9. Guest
    Salam, Baytarlıq fakültəsi neçə illikdir?
  10. Guest
    4 illik
  11. Guest
    Baytarlıqa 9 zdan az bal var
  12. Guest
    Salam. Baytarlıq ixtisası üzrə kollec hansı rayonumuzdadır???
  13. Guest
    Salam. Baytarlıq 11 sinifdən yoxsa 9 sinifdən başlayır?
  14. Guest
    baytarli nece baldir\
  15. Guest
    Baytarliq fakultesi 5 illikdir, Baytarliq kollecide var.. menim bildiyim Berde var, Gencenin ozundede var sehv etmiremse, humanitar kollecde Baytarliqda olmalida men bilen
  16. Guest
    Necə əlaqə saxlıya bilərəm?
  17. Guest
    Baytarlıq neçə ildi

Больше