Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Universitet

Bakı, Lermontov küç., 74. AZ1001

Təsvir

Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 1999-cu ilin 3 yanvarında imzaladığı ilin ilk fərmanı, respublikada dövlətçiliyin, elm və təhsilin inkişafı üçün çox əhəmiyyətli bir sənəd oldu. Həmin tarixdən ölkənin və dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün zəruri sayılan yeni elm və təhsil ocağı yaradıldı. Bu təhsil ocağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) adlandırıldı.
Respublikada dövlət idarəçiliyi sahəsində yeganə təhsil ocağı olan Akademiyanın adından da göründüyü kimi, vəzifəsi demokratik, müstəqil Azərbaycan dövləti üçün gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis kadrlar hazırlamaq, həmçinin mövcud kadrların, dövlət məmurlarının ixtisasının artırılmasından ibarətdir. Bundan başqa, Akademiyada tələbələr üçün yemekxana və kitabxana mövcuddur. Akademiyanın rəsmi saytında elektron kitabxanaya da rast gəlmək mümkündür.                                                      Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 1500 nəfərdən çox tələbə təhsil alır. Bu təhsil ocağında 250 müəllim fəaliyyət göstərir, hansı ki, onlardan 30-u elmlər doktoru və professorlar, 70-i elmlər namizədidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bir illik minimum təhsil haqqı 2500 AZN təşkil edir.

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: ARPDİA
  • Сайт: Open Link
  • Ректор: Urxan Kazım oğlu Ələkbərov

Əlaqəli

Xəritəsi

Comments (2)

  1. Guest
    Guest 9 months ago
    А она только платная?
  2. Guest
    Guest a month ago
    Zehmət olmasa mənim video registrator ve arxa buferde 2eded sag sol kroşteyin yazılmayb onları qeyde alın