Kimya müəllimliyi İxtisas

Təsvir

Kimya müəllimi məktəbdə yuxarı siniflərə dərs deyir. O, şagirdlərə üzvi və qeyri-üzvi kimya tədris edir. Kimya dərsi ümumtəhsil proqramına uyğun olaraq əvvəlcədən tərtib edilmiş plan əsasında keçilir. Bu ixtisasa pedaqoji universitetdə yiyələnmək olar. Kimya fakultəsində xüsusi fənlər keçilir: üzvi, qeyri-üzvi, fiziki kimya, peqaqogika və psixologiya. Proqrama mütləq olaraq ümumi fənlər də salınır: filologiya, riyaziyyat, fizika, tarix, xarici dil, fəlsəfə, fiziki tərbiyə.
 Tələbələrə mühazirələr oxunur, seminarlar və kollokviumlar keçilir. Laboratoriya işləri və təcrübələr aparılır. Gələcək müəllimlər kurs işləri və referatlar yazır, sonuncu kursda isə diplom işləri hazırlayır.
 İnstitutu bitirdikdən sonra məktəbdə kimya müəllimi işləmək olar. Məzunlar laborant, kimya məhsulları istehsalçısı, ekoloq kimi fəliyyət göstərə, elmi fəaliyyəti də davam etdirə bilər.
  Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt
  • Сектор: Azerbaijan

Əlaqəli

Comments (0)

Daha çox məlumat