Musiqi müəllimliyi Специальность

Описание

Musiqi müəllimliyi ixtisası musiqi fənlərini öyrənən şagirdlərə təhsil və tərbiyə verməkdən ibarətdir. Məhz müəllim şəxsiyyətin formalaşmasına, uşaqların istedadının inkişaf etməsinə kömək edir. O, musiqi məlumatını müxtəlif formalarda çatdırır, həmçinin hər bir şagirdlə fərdi iş aparır. Musiqini tədris etmək asan deyil. Musiqini ürəklə hiss etmək lazımdır. Əvvəlcə Musiqiçi şagirdlərdə musiqiyə məhəbbət aşılayır, sonra isə onu peşəkarlıqla öyrədir.
 Musiqi müəllimi ixtisasına ali məktəblərdə və orta ixtisas musiqi məktəblərində yiyələnmək olar. Musiqi məktəbinə daxil olmaq üçün tələbənin musiqi istedadı olmalı, həmçinin pedaqoji bacarıqlara malik olmalıdır.
 Tələbələrə bir çox fənlər tədris edilir. Əsas diqqət isə ixtisas fənlərinə verilir: musiqi, solfecio, musiqinin tədrisi metodikası. Həmçinin tələbə musiqi alətində yaxşı ifa etməyi bacarmalıdır.
 Musiqi müəllimi musiqi məktəblərində, musiqi təmayüllü gimnaziyalarda, universitetlərdə dərs deyə bilər. Musiqiçi üçün fərdi dərslər keçmək daha sərfəli olar.
  Показать больше

Подробности

  • Форма обучения: Очное, Заочное
  • Сектор: Азербайджан

Связанное

Comments (2)

  1. Guest
    Musiqi sadetnamesin alan sexs gedib oxuya bilermi?
  2. Guest
    Əgər qabiliyyət olmasa sadəcə bal yığıb musiqi müəllimi olmaq olarmı?

Больше