Qida məhsulları mühəndisliyi Специальность

Описание

Qida məhsulları üzrə mühəndis yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə məşğul olur. Qida məhsulları üzrə mühəndisin vəzifələrinə ət kombinatlarında, çörək bişirilən müəssisələrdə, məhsulun keyfiyyətinə riayət edilməsinə və həmçinin hazırlanmasına nəzarət edilməsi, istehsal prosesində yeni texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yaxşılaşdırılması daxildir.
 Qida məhsulları üzrə mühəndislik ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi öyrənir. Həmçinin bu ixtisasın tələbələri qida əlavələrini, konservantları, onların lazımi miqdarda istifadəsini, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir.
 Bu ixtisas üzrə təhsilini başa vuran məzunlar süd məhsullarının istehsalı, balıq və dəniz məhsullarının istehsalı kimi qida sənayesinin müxtəlif sahələrində, həmçinin şirniyyat zavodları, çörək zavodları, şərabçılıq, elmi tədqiqat laboratoriyaları, restoranlar və kafelərdə çalışa bilər.

Показать больше

Подробности

  • Форма обучения: Очное, Заочное
  • Сектор: Азербайджан

Связанное

Comments (0)

Больше