Aqronomluq Специальность

Описание

Aqronomiya ən çox zəhmət tələb edən ixtisaslardan biridir və bəşəriyyətin ən başlıca problemlərindən birinin həlli – insanları qida məhsulları ilə, həmçinin sənayeni xammal ilə təmin etməklə məşğuldur.
 Aqronomiya ixtisasını seçən tələbələr bu fənləri öyrənir: botanika, əkinçilik, mikrobiologiya, aqrokimya, aqrometeorologiya, torpaqşünaslıq. Aqronomiyanın əsas işi kənd təsərrüfatı bitkilərinin becərilməsi, bitkiləri qoruyan vasitələrdən və gübrədən effektiv istifadə üçün landşaftın yararlılığını qiymətləndirmək və səmərəli istifadə etməkdir. Gələcək aqronomlar ziyanvericiləri üzə çıxarmaq, bitkinin xəstəliyini müəyyənləşdirmək, məhsul yığımını təşkil etmək, kənd təsərrüfatı torpaqlarından səmərəli istifadəni təmin etmək məqsədilə kənd təsərrüfatı torpaqlarını tədqiq etməyi öyrənir.
 Bu ixtisasın məzunları briqadir, aqronom, toxumçuluq, meyvəçilik, tərəvəzçilik, aqrokimyaçı, kənd təsərrüfatı rayon idarələrində, nazirliklərdə və müəssisələrdə mütəxəssis vəzifələrində çalışa bilər.
  Показать больше

Подробности

  • Форма обучения: Заочное, Очное
  • Сектор: Азербайджан

Связанное

Comments (0)

Больше