Kompüter elmləri proqram təminatı, informasiya texnologiyaları və intelektual sistemlərin işlənməsi istiqamətində elmləri özündə birləşdirir.
Kompüter elmləri ixtisası üzrə təhsil alan tələbələr riyazi analiz, differensial tənliklər, diskret riyaziyyat, analitik həndəsə, riyazi məntiq, kompüter elmlərinin əsasları (riyazi modelləşdirmə, məlumat bazaları, əməliyyat sistemləri), differensial həndəsə və s. kimi fənləri öyrənir.
Bu ixtisas üzrə təhsilini başa vuran tələbələr İT mütəxəssis, analitik-proqramçı, riyaziyyat müəllimi, proqramçı, tətbiqi sistemlər administratoru, mühəndis-riyaziyyatçı, məlumat bazası layihəçisi, , riyazi modelləşmə mütəxəssisi kimi fəaliyyət göstərə bilər. Bu ixtisas həm Azərbaycanda, həm də xarici ölkələrdə tələb ediləndir.
Показать больше
Comments (8)