Bakı Qızlar Universiteti Universitet

Bakı, M.Sənani küçəsi, 14. AZ1078

Təsvir

Yüksək səviyyəli bakalavr və magistr hazırlığını həyata keçirmək üçün universitet böyük elmi-pedaqoji potensiala və inkişaf etmiş infrastruktura malikdir. Hazırda Universitetdə 8 kafedrada 185-ə yaxın fənn tədris olunur. Həmin fənlərin tədrisinə 114 nəfər professor-müəllim heyəti, o cümlədən 17 elmlər doktoru-professor, 46 elmlər namizədi-dosent, 51 nəfər müəllim cəlb edilmişdir. Eyni zamanda respublikanın bir sıra görkəmli alim və mütəxəssisləri məsləhətçi, buraxılış işi və magistr dissertasiyasının rəhbəri və s. formada Universitetlə yaxından əməkdaşlıq edirlər. Pedaqoji heyətin 43 nəfərinin əsas iş yeri BQU-dur. 60 nəfər müqavilə ilə, 11 nəfər isə saathesabı ilə dərs aparır.

Lisenziyaya əsasən Universitetdə ali təhsilin bakalavr və magistr pillələrində aşağıda qeyd olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığı aparılmasına icazə verilmişdir:

a) Ali təhsilin bakalavr pilləsində (əyani şöbədə təhsil müddəti 4-il, qiyabi şöbədə təhsil müddəti 4 il 6 ay olmaqla).

I. «Maarif» istiqaməti üzrə:

«İbtidai təhsilin pedaqogika və metodikası» (əyani, qiyabi)

«Pedaqogika və psixologiya» (əyani, qiyabi)

«Tarix və ictimaiyyat» (əyani, qiyabi)

«Riyaziyyat və informatika» (əyani)

«İqtisadi biliklər» (əyani)

«Sosial pedaqogika» (əyani)

II. “Filologiya” istiqaməti üzrə:

“Azərbaycan dili və ədəbiyyat” (əyani, qiyabi)

“Xarici dil” (İngilis) (əyani)

III. «Psixologiya» istiqaməti üzrə:

«Psixologiya» (əyani)

IV. «Jurnalistika» istiqaməti üzrə:

«Jurnalistika» (əyani)

b) Ali təhsilin magistr pilləsində:

(əyani təhsil müddəti — 2 il)

I. «Maarif» istiqaməti üzrə:

«İbtidai təhsilin pedaqogika və metodikası»

«Sosial pedaqogika»

«Pedaqogika nəzəriyyəsi və tarixi»

II. «Psixologiya» istiqaməti üzrə:

«Ümumi psixologiya»

«Uşaq və yaş psixologiyası»

Universitetdə qeyd olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, «Təhsil Qanununa», «Ali təhsil müəssisəsi haqqında Əsasnaməyə», Təhsil Nazirliyinin mövcud hüquqi-normativ akt və sənədlərinə, Universitetin Nizamnaməsinə əsasən həyata keçirilir.

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: BQU
  • Сайт: Open Link
  • Ректор: Ağarəhim Rəhimov

Əlaqəli

Xəritəsi

Comments (22)

  1. Guest
    Guest a year ago
    Salam Qızlar universitetində ibtidai snif müəllimi illik ödəniş nə qədərdir
  2. Guest
    Guest a year ago
    2000 AZN
  3. Guest
    salam, Qızlar Universitetinde Tarix muellimliyinin illiyi ne qederdir?
  4. Guest
    Guest 8 months ago
    Salam.ingilis dili muellimliyinde hansi ixtisaslar kecilir 1 ci kurs?ve odenisi ne qederdir?
  5. Guest
    Guest 8 months ago
    Salam İmdahan gunler hans gunlerdir
  6. Guest
    Guest 4 months ago
    Salam 2020 ci tedris ilinde magistraturaya "ibtidai tehsilin metodikasi ve metodologiyasi ixtisasina qebul olmusam 271111 odenislisi ne qederdi?
  7. Guest
    Guest 3 months ago
    Sizə zəng etmək olmur.nə vaxt ğəlmək olar sənəd verməyə magistraturaya
  8. Guest
    Guest 3 months ago
    Salamlar .magistra sənəd qəbulu üçün kimlə əlaqə saxlamalıyıq??
  9. Guest
    Guest 3 months ago
    Ingilisdili bali necedir
  10. Guest
    Guest 2 months ago
    Özəldi?
  11. Guest
    Guest 2 months ago
    Salam burda hər ixtisas ödən işli dir?
    Balı keçsən belə ?
  12. Guest
    Guest 2 months ago
    Kimya mellimeliyi var
  13. Guest
    Guest 2 months ago
    Illiyi necedir
  14. Guest
    Guest 2 months ago
    Psixologiya ödəniş nə qədərdir?
  15. Guest
    Guest a month ago
    Bakı Qızlar Universitetində xarici dil müəllimliyinin illik ödənişi nə qədərdir
  16. Guest
    Guest a month ago
    Psixologiya illik təhsil haqqı nə qədərdir və ya ibtidai təhsil
  17. Guest
    Guest a month ago
    Salam mənə nömrəsi lazımdı mümkünsə əlaqə nömrəsini yazardız əlaqə saxlamaq istəyirəm
  18. Guest
    Guest a month ago
    Salam yaxşı ingilis dili balı siz necəsiz?
  19. Guest
    Guest a month ago
    Salam tarixin ödənişi nə qədərdi
  20. Guest
    Guest 27 days ago
    Qeydiyyat nə vaxt başlayır nə vaxt bitir ?
  21. Guest
    Guest 26 days ago
    Salam qeydiyat onlinedi???
  22. Guest
    Guest 10 days ago
    Salam .bu unide tələbə təqaüdü var?