Azərbaycan Turizm və Menecment Universiteti - Turizm və Otel işi sahəsində mütəxəssislərin hazırlanması üzrə ali təhsil müəssisəsidir. İnstitutda müasir tədris metodlarından istifadə edilir. İnistituta təhsil prosesinin proqramının formalaşması və qurulmasında qərargahı Vyana şəhərində yerləşən beynəlxalq International Marketing Center təşkilatı yardım edir.Tələbələrə Türkiyə, Yunanıstan, İsrail, ABŞ və Rusiyanın müxtəlif mehmanxana və turist mərkəzlərində təcrübə keçmək imkanı verilir. Hazırda Azərbaycan Turizm İnstitutunda 300-dən artıq artıq tələbə təhsil alır. ATİ xarici universitetlərlə, o cümlədən - Vilhelmşaven Tətbiqi Elmlər Universiteti (FHOOW) (Almaniya,Oldenburg şəhəri), Girne Amerika Universiteti (Kipr), Şimali Kiprin Şərq-Aralıq Dənizi Universiteti, Havay Universiteti (ABŞ), Həştərxan Dövlət Texniki Turizm Universiteti, Moskva Dövlət Humanitar Universitetləri ilə sıx əməkdaşləq edir.
Avropa İttifaqı tərəfindən hazırlanmış tələbələrin qarşılıqlı mübadiləsi proqramı əsasında institutunun 16 tələbəsi Portuqaliya, Fransa, İsveçrə və Türkiyədə təcrübə keçir. Eyni zamanda həmin ölkələrin tələbəri Azərbaycanda təhsil alırlar.
Institutda 3 fakültəsi və 9 kafedra fəaliyyət göstərir.
Aşağıdakı ixtisaslar üzrə tədris aparılır:
Turizm və asudə vaxtın idarəedilməsi
Turizm və otelçiliyin idarəedilməsi
Turizm və otelçiliyin marketinqi
Sanatoriya və kurort müəssisələrində tibbi xidmətin təşkili
Səhiyyə və kurort
Mədəniyyət və incəsənət turizmi
İdman turizmində linqivistika
Comments (71)