Kosmik texnika mühəndisliyi İxtisas

Təsvir

Kosmik texnika mühəndisi konversiya, innovasiya sahəsində yüksək ixtisaslı mütəxəssisdir. Mütəxəssislərin hazırlanması zamanı intellektual sistemlərin, kosmik aparatların, qanadlı raketlərin layihələşdirlməsi, istismarı öyrədilir. Təlim zamanı tələbələrə raket qurğularının əsasları, materialların müqaviməti, ballistika, aerokosmik qurğuların və uçan aparatların istismarı, mühəndis qrafikası, raket mühərrikləri, kosmik-raket komplekslərinin yerüstü avadanlıqları, və s. kimi fənlər tədris edilir. Bu ixtisas üzrə təhsilini başa vurmuş məzunlar hərbi və aerokosmik sənayedə fəaliyyət göstərə bilər. Mühəndislər raket-kosmik kompleksi üçün məhsul hazırlayan zavodlarda, elmi-tədqiqat institutlarında, onların bir çox şöbələrində işləyə bilər. Yüksək səviyyəli mütəxəssislər xaricdə, o cümlədən elmi-istehsal mərkəzlərində iş tapa bilər. Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt
  • Сектор: Azerbaijan

Əlaqəli

Comments (0)

Daha çox məlumat