Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi İxtisas

Təsvir

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisi kompüter, telekomunikasiya, radio əlaqə, mobil əlaqə və s. sahələrdə geniş biliyə malik mütəxəssisdir.
 Bu sahə üzrə təhsil alan tələbələrə tədris edilən fənlər: riyaziyyat, fizika, qurğuların elektronika və sxemotexnikası, elektrik rabitə nəzəriyyəsi, fəlsəfə, elektrik dövrələri nəzəriyyəsi, metrologiya, standartlaşdırma və sertifikasiya, informatika, tarix və s.
 Tələbələr elektron sistemlərə, radiolokasiya və televiziya sistemlərinə texniki xidmət göstərmək və nəzarət etmək, həmçinin yerinə yetirilmiş işin hesabat sənədini hazırlamaq, layihələşdirmə zamanı standartlaşdırma və metrologiya tələblərinə riayət etməyi öyrənəcəklər.
 Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi üzrə təhsilini başa vurmuş məzunlar elmi-tədqiqat institutlarında, İT şirkətlərdə, həmçinin texnoloji sistemlər istismar olunan müəssisələrdə və s. çalışa bilər.
  Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Comments (0)

Daha çox məlumat