“Fizika və elektroenergetika” fakültəsi 1974-cü ildə yaradılmış "Energetika, istehsalat proseslərinin avtomatlaşdırılması və mexanika" fakültəsinin bazasında yaranıb və bu günə kimi fəaliyyət göstərir. Fakültənin məzunlarının Sumqayıtın sənaye müəssisələrinin yeni texnologiyalarla təchiz edərək inkişafında müstəsna rolları olmuşdur. Hazırda fakültədə 3 nəfər AMEA-nin müxbir üzvü, 4 nəfər professor, 18 nəfər dosent, 5 nəfər tex.e.n., baş müəllim, 12 nəfər assistent və 25 nəfər laborant çalişir.Fakültədə 3 istiqamət üzrə kadr hazırlanır: Elektrotexnika və elektromexanika; Energetika və enerji maşınqayırmasi; Fizika Bakalavr: Təhsil müddəti 4 ildir. Bakalavr üzrə ixtisaslaşma: Elektrik mühəndisliyi; Elektroenergetika mühəndisliyi; Fizika müəllimliyi; Fizika Elektroenergetika (TEMPUS layihəsi üzrə) Göstərilən ixtisası bitirən məzunlara bakalavr ixtisas dərəcəsi verilir. Magistratura: Təhsil müddəti 2 ildir (Qiyabi şöbədə 2 il 6 ay). Magistratura ixtisasları: Sənaye qurguları və texnoloji komplekslərin avtomatikasi və elektrik intiqali; Elektrik təchizati; Fizikanın tədrisi metodologiyası və metodikası; Yarimkeçiricilər fizikasi; Шstilik fizikasi və molekulyar fizika; Yarimkeçirici cihazlar və mikroelektronika. Fakültədə 7 kafedra fəaliyyət göstərir: Elektromexanika; Elektrotexnika; Elektroenergetika; Yarimkeçiricilər fizikasi; Bərk cisimlər fizikasi; Ümumi fizika; Fizikanın tədrisi metodikası
Daha çox göstər