Filologiya fakültəsi Fakültə

Sumqayıt Dövlət Universiteti

Təsvir

Filologiya fakültəsi 2003-cü ildə yaranıb və bugünə kimi fəaliyyət göstərir. Respublikamızın ümumtəhsil məktəblərini, eləcə də Türkiyə Respublikasının məktəblərini «Azərbaycan dili və ədəbiyyatı» fənnini tədris edən müəllim və müxtəlif müəssisələr üçün psixoloq kadrlarla təmin edir. Fakültədə 6 elmlər doktoru 7 professor, 12 filologiya elmlər namizədi, 8 dosent, 20 baş müəllim, 21 müəllim və 22 laborant çalışır. H.Cavid, M.Müşfiq, M.Cəlal, M.Araz, Z.Yaqub, Ə.Lələdağ kimi sənətkarların, «Molla Nəsrəddin» jurnalı və «Əkinçi» qəzetinin yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur. Şəhərimizin ictimai-siyasi həyatında da fakültənin əməkdaşları və tələbələr fəal iştirak edirlər. Hal-hazırda fakültədə bakalavr pilləsində 480 tələbə, magistr pilləsində isə 60 magistrant təhsil alır. Fakültədə 2 istiqamət üzrə kadr hazırlanır:- Filologiya istiqaməti üzrə, Azərbaycan dili və ədəbiyyatı- Psixologiya istiqaməti üzrə, Psixologiya. Bakalavr:Təhsil müddəti 4 ildir (qiyabi şöbədə 5 il). Bakalavr üzrə ixtisaslaşma:- Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi- PsixoloqGöstərilən ixtisası bitirən məzunlara bakalavr dərəcəsi verilir. Magistratura:Təhsil müddəti 2 ildir (qiyabi şöbədə 2 il 6 ay). Magistratura ixtisasları:- Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası.Fakültənin son illərdəki nəşrləri: Son 2 ildə fakültə əməkdaşlarının 12-dən çox monoqrafiyası, dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. Bunlardan başqa professor-müəllim heyətinin 50-dən çox elmi məqalələri Respublikamızın aparıcı jürnallarında və xaricdə dərc edilmişdir. 6 nəfər müəllimin namizədlik, 2 nəfər müəllimin isə doktorluq işi uyğun kafedralarda müzakirə edilib müdafiəyə buraxılmışdır. 3 nəfər əməkdaş filologiya elmlər namizədi , 1 nəfəri isə filologiya elmlər doktoru elmi adını almışdır. Bunlardan başqa, təhsil standartlarına uyğun olan 27 proqram çap edilmişdir.Fakültənin beynəlxalq əlaqələri:Fakültənin Türkiyə, Rusiya və İranın ali məktəbləri və elmi mərkəzləri ilə əlaqələri vardır. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан: Bayramov Aslan Əhmədxan oğlu
  • О декане:

Daha çox məlumat