İqtisadiyyat və İdarəetmə fakültəsi Fakültə

Sumqayıt Dövlət Universiteti

Təsvir

Hazırda İqtisadiyyat və idarəetmə fakültəsində müxtəlif iqtisad yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlanır. İlk dəfə 1988-ci ildə yanacaq-energetika sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə tələbə qəbulu keçirilmiş olsa da (10 nəfər axşam şöbəsinə) növbəti tədris ilində bu ixtisas üzrə tələbə qəbulu dayandırılmıdır. Yalnız 1993-cü ildə mühəndis iqtisadiyyatı üzrə tələbə qəbuluna başlanmışdır. Mühəndis iqtisadiyyatı üzrə ixtisas qrupları 1996-cı ilə qədər Enerngetika, daha sonra isə Kimya fakültəsinin tərkibində fəaliyyət göstərmişlər.Hazırda bakalavr təhsil sistemində iqtisadiyyat yönümlü Menecment, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və İdarə edilməsi, Gömrük işinin təşkili, Biznesin təşkili və idarə edilməsi, Mühasibat uçotu və audit, Beynəlxalq iqtisadi münasibətlər ixtisasları üzrə iqtisadçı kadrlar hazırlanır.Tələbə qəbuluna Gömrük işinin təşkili ixtisası üzrə 2001-ci ildən, Mühasibat uçotu və audit ixtisası üzrə 2002-ci ildən Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə isə 2004-cü ildən başlanmışdır. Bu ixtisaslar üzrə ilk buraxılış müvafiq olaraq 2005-ci , 2006-cı və 2008-ci illərdə olacaqdır. Daha çox göstər

Ətraflı məlumat

  • Сайт:
  • Декан: Kamil Abdullayev
  • О декане:

Daha çox məlumat