Ali məktəblərimiz ən yaxşı ali məktəblər sırasında

Ali məktəblərimiz ən yaxşı ali məktəblər sırasında

Artıq ikinci ildir ki, üç ali məktəbimiz dünya ali məktəbləri reytinqində yer alır


Ali məktəb seçimi insan həyatının ən vacib mərhələsidir. Abituriyentlərin seçiminə müxtəlif faktorlar təsir göstərir: gələcək peşənin tələbləri, bacarıqları inkişaf etdirmək tələbatı, münasib qiymətə təhsil və s. Lakin yenə də əvvəl olduğu kimi prestijli ali məktəblərə üstünlük verilir. Çünkü kadrlar üzrə mütəxəssislər işə götürən zaman adətən namizədin hansı ali məktəbi bitirdiyini soruşur.

SSRİ dağıldıqdan sonra meydana çıxan problemlər yeni yaranan dövlətlər tərəfindən həll edilirdi. Azərbaycan Respublikası ali təhsil sistemində islahatlar aparan ilk ölkələrdən oldu. Azərbaycanın ali məktəbləri dövlət sifarişi və müqavilələri əsasında fəaliyyət göstərir. Bakının ali təhsil müəssisələrinin verdiyi diplomlar Avropa ali məktəblərinin diplomları ilə eyni səviyyədədir.

Bir müddət öncə dünyanın 700 ali məktəbinin təqdim edildiyi QS World University Rankings-2012 reytinqi (72 iştirakçı ölkə) müəyyən edildi. Ekspertlərin verdiyi qiymətlər bu göstəricilərə əsaslanır: tətqiqat fəaliyyəti, işə götürənlərin rəyi, müəllim heyəti və beynəlmiləlləşdirmə. Sonuncu xarici tələbələr üçün fasiləsiz təhsili, beynəlxalq standartlar üzrə təhsil proqramlarını, həmçinin distant təhsil formasını və digər ölkələrdə kampusların açılmasını nəzərdə tutur. Azərbaycan ali məktəbləri yenidən top-700-ə daxil oldu: Bakı Dövlət Universiteti, "Xəzər" universiteti, "Qafqaz" universiteti. Hər üç universitet Bakıda yerləşir. Nəticədən də göründüyü kimi beynəlxalq bazarda rəqabət aparmağa yalnız güclü müəllim heyətinə malik, təhsil problemlərinə rasional yanaşan və inkişaf etmiş infrastrukturlu tələbə şəhərcikləri olan ali məktəblər qadirdir.

Comments (0)