Dəniz texnikası və texnologiyası mühəndisliyi Специальность

Описание

Dəniz mühəndisi gəmilərin düzəldilməsi, yoxlanması, texniki xidməti və təmiri ilə məşğul olur.
 Dəniz texnikası üzrə mühəndislik ixtisasını öyrənən tələbələrə mexanika, həndəsə, dəniz avadanlıqlarının istehsalı texnologiyası, elektronika və elektrotexnika, mühəndis qrafikası və s. kimi fənlər tədris edilir.
 
 Təhsil aldığı zaman tələbələr dəniz texnikası obyektlərini layihələşdirməsini, layihələşdirilmiş gəmini, onun konstruksiyasını texnoloji cəhətdən hazırlamağı öyrənir, sazlamaq və montaj işlərində, sistemlərin və yeni detalların istismara verilməsində, təmirin təşkilində yaxından iştirak edir.
 
 Dəniz texnikası və texnologiyası mühəndisliyi ixtisası üzrə təhsili başa vurmuş tələbələr elmi-tədqiqat institutlarında, gəmiqayırma və gəmi təmiri ilə məşğul olan müəssisələrdə mühəndis texnoloq, mühəndis -proqramçı, mühəndis-konstruktor, mühəndis –gəmiqayıran, dəniz mühəndisi və s. kimi vəzifələrdə çalışa bilər.
  Показать больше

Подробности

  • Форма обучения: Очное, Заочное
  • Сектор: Азербайджан

Связанное

Comments (0)

Больше