Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) Специальность

Описание

İngilis dili və ədəbiyyatı müəlliminin vəzifəsi dərs keçməkdir. Dərslərdə müəllim ingilis dilinin fonetika, leksika və qramatikasını öyrədir, nitq bacarıqlarının formalaşdırılmasını təmin edir. Tələbələrlə keçilən dərsi təkrarlayır və möhkəmləndirir, yoxlama keçirir, qiymətləndirir. Həmçinin yazı işlərini yoxlayır, dərslərdə sərbəst işlər təşkil edir. Müəllimin vəzifələrinə sinifdən xaric iş də daxildir.
 İngilis dili müəllimi olmaq üçün bu fənlər zəruridir: Filologiya. Dil və ədəbiyyat müəllimi (ingilis dili və ədəbiyyatı). Təhsil illəri ərzində dil tarixi, müasir ingilis dili, fonetika, qramatika, latın dili və ingilis ədəbiyyatını öyrənirlər. Həmçinin tərcümə nəzəriyyəsi və praktikası ilə tanış olur, dil və ədəbiyyatın tədris edilməsi metodikasını, yaş pedaqogikası və psixologiyasını öyrənir. Tələbələr məktəblərdə pedaqoji praktika keçirlər.
 İxtisas üzrə diplom aldıqdan sonra: Filologiya. Dil və ədəbiyyat müəllimi (ingilis dili və ədəbiyyatı) orta məktəblərdə, orta ixtisas və texniki-peşə təhsili məktəblərində, ali məktəblərdə işləmək olar. Bu ixtisasa tərcümə sahəsində də tələbat böyükdür.
  Показать больше

Подробности

  • Форма обучения: Очное
  • Сектор: Азербайджан

Связанное

Comments (0)

Больше