Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələrə ingilis dili, mədəniyyəti və ədəbiyyatı, həmçinin xarici dili tədris etmək metodikası, nəzəriyyə və tərcümə öyrədilir.
Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının tələbələri ümumi peşə fənlərini (ingilis dili, ikinci xarici dil, ingilis dilinin tarixi və s.) öyrənir və ingilis dilli adamlarla rahatlıqla ünsiyyət qurmaq bacarığına yiyələnirlər. Bundan əlavə tələbələrə ümumi fənlər də (fəlsəfə, tarix və s.) keçilir. Bundan başqa tələbələrə dilçilik, latın və qot dili, ədəbiyyatşünaslıq tədris edilir. Tələbələr “Filoloq. Müəllim” kimi məzun olurlar.
Filologiya ixtisasını bitirənlər orta və ali məktəblərdə, turizm şirkətlərində, aviaşirkətlərdə, özəl şirkətlərdə işləyə, həmçinin tərcümə ilə məşğul ola bilər.
Bu ixtisas xarici universitetlərdə təhsili davam etdirmək imkanı verir. Bu da öz növbəsində xarici əmək bazarında yer almağa kömək edir.
Показать больше
Comments (9)