Biologiya ən mənalı elmlərdən biridir, belə ki, o, canlı orqanizmləri öyrənir. Bu elm tibblə yaxından əlaqəlidir.
Biologiya ixtisası üzrə təhsil alan tələbələrə İnsan biologiyası, Antropologiya, Zoologiya, Anatomiya, Mikrobiologiya, Botanika, Genetika fənləri keçilir. İxtisaslaşmadan asılı olaraq bioloq genlərin strukturunu öyrənən genetik, heyvanları öyrənən zooloq, insan quruluşunu, orqanlarını və həyat fəaliyyətini öyrənən anatom kimi fəaliyyət göstərə bilər. Biologiya sahəsi üzrə mütəxəssis müşahidəçilik və məntiqli düşünmə qabiliyyətinə malik olmalıdır.
Bu ixtisas üzrə təhsil aldıqdan sonra tələbələr müxtəlif növ araşdırmalar apara, müxtəlif laborator tədqiqatlarda və yer kürəsinin bioresurslarının vəziyyətini qiymətləndirmədə iştirak edə, ətraf aləmin qorunması mövzusunda müxtəlif növ tədbirlər keçirə bilərlər. İxtisas seçimindən asılı olaraq bioloqlar müxtəlif araşdırmalar mərkəzlərində işləyə, məktəbdə və ya ali məktəbdə biologiya, kimya və ekologiya fənnini tədris edə, elmi tədqiqat institutlarında işləyə bilər.
Показать больше
Comments (1)