Vertolyot uçuşu üzrə mühədislik çox maraqlı sənətdir. Bu ixtisas yüksək peşəkar səviyyə və məsuliyyət tələb edir. Mühəndis ilk növbədə uçuşun təhlükəsizliyini təmin edir. Ondan müxtəlif vəziyyətlərdə sürətli və düzgün qərar vermək tələb edilir. Belə ki, vertolyot ekipajı böyük aerodormlardan uzaqda işləyirlər.
Mütəxəssislər hazırlanan zaman onlara bir sıra xüsusi fənlər öyrədilir: aerodromların, aeroprotların işinin təşkili, hava yolu ilə daşınmaların təşkili, aviasiya meterologiyası əsasları, klimatologiya, hava hərəkəti idarəetməsi nəzəriyyəsinin əsasları, uçuş təhlükəsizliyi təminatı metodları, naviqasiya, aerodromların işıqlandırma təchizatı sistemləri və s. Tələbələrə aerodromlarda, aviasiya müəssisələrində praktika keçilir.
Vertolyot uçuşu üzrə mühədislik ixtisası çoxşaxəlidir. Bu ixtisas üzrə təhsili başa vurduqdan sonra böyük və kiçik hava limanlarında işləmək mümkündür. Yüksək peşəkarlıq karyera inkişafına və şəxsi inkişafa təminat verir.
Показать больше
Comments (2)