Təyyarə uçuşu üzrə mühədisinin vəzifələrinə təhlükəsiz hava hərəkətinin təmin edilməsi daxildir. Həmçinin hava gəmilərinin, aerodromların hazırlanması, bütün texniki sistemlərin və xidmətlərin göstərilməsi, həmçinin normativ sənədləşmənin aparılması həm mülki, həm də hərbi aviasiyada uçuş üzrə mühədisin vəzifələrinə daxildir.
Bu ixtisasın tələbələri ali riyaziyyat, fizika, mexanika ilə yanaşı, aerodinamika, meteorologiya, naviqasiya, radiolokasiya, əlaqə sistemləri, aerodrom texniki təminat sistemləri kimi ixtisas fənlərini öyrənirlər. Praktikada isə hava gəmilərinin texniki xarakteristikasını, onların havaya qalxma, uçuş və eniş xüsusiyyətlərini öyrənir, topoqrafiya və xəritəçilik xüsusiyyələrinə diqqət yetirirlər. Hava hərəkətinin idarə edilməsinin təşkili prinsiplərini və xilasetmə tədbirlərinin təşkili metodlarını öyrənirlər. Təhsil proqramında dispetçerlərin işində vacib olan xarici dil öyrənilməsinə geniş yer verilib.
Yüksək səviyyəli biliyə malik təyyarə uçuşu üzrə mühədisə aviamüəssisələrdə və istənilən aviaşirkətdə, elmi-tədqiqat institutlarında, müdafiə əhəmiyyətli obyektlərdə ehtiyac var.
Показать больше
Comments (43)