Dizayn (interyer, qrafika, landşaft) Специальность

Описание

Dizayn müxtəlif sahələrdə tətbiq edilir. Reklamda dizayn təqvim, buklet, reklam lövhələri kimi poliqrafik məhsulların tərtibatına cavab verir. Dizayner şirkətin loqotipini, jurnalların maketini hazırlaya bilər.
İnteryer dizaynı ən populyar ixtisaslardan biri hesab olunur. İnteryer dizaynerinin funksiyalarına mənzilin tərtibat və dizaynını işləyib hazırlamaq aiddir. Bu istiqamətdə təhsil alan tələbələr AutoCAD, ArchieCAD, 3DStudioMAX, Solid Works kimi qrafiki proqramlar öyrənir.
Bu sahəni öyrənən tələbələrə aşağıdakı fənlər keçilir: akademik heykəltəraşlıq, incəsənət tarixi, layihələşdirmə, akademik rəsm, rəngşünaslıq.
Dizayn ixtisasını öyrənən zaman tələbələr müxtəlif layihə dizaynları hazırlamaq, məktəblərdə və litseylərdə profil fənlərindən dərs keçmək, interyer , poliqrafik məhsullar , geyim və digər dizayn hissələrinin yaradılması üzrə müxtəlif yaradıcı ideyalar irəli sürmək öyrənir.
Universiteti dizayn ixtisası üzə bitirən məzunlar web-dizayner, interyer dizayneri, memar - dizayner, qrafik dizayneri, landşaft dizayneri, bərpaçı vəzifəsində işləyə bilər.

Показать больше

Подробности

  • Форма обучения: Очное
  • Сектор: Азербайджан

Связанное

Университет1

Comments (0)

Больше