Riyaziyyat və informatika müəllimliyi -Qazax filialı Специальность

Описание

Riyaziyyat və informatika müəllimi məktəb, kollec və ali məktəblərdə riyaziyyat və informatika və ya hər iki fəndən dərs deyir. Riyaziyyat və informatika müəllimləri dərslər aparır, fənn üzrə sinifdən xaric işlə məşğul olur, dərnəklər, fakultativlər təşkil edir və tərbiyəvi işlərlə məşğul olurlar.
 Təhsil alan zaman tələbələr proqramlaşdırmanın əsaslarını, riyazi və kompyuter modelləşdirilməsini öyrənir, alqoritmləşdirmə metodları, kompyuter qurğuları, məlumatın ötürülməsi və saxlanılması haqqında ümumi anlayışlar əldə edir. Bundan başqa tələbələr “Analitik həndəsə”, “Cəbr”, Riyazi analiz” kimi riyazi fənlər üzrə sistemli biliklər qazanır. Həmçinin pedaqoqikanın əsasları, informatika və riyaziyyatın tədrisi metodları, psixologiya fənləri də keçilir, sosiologiya, fizika, astronomiya, xarici və ana dili, tarix kimi elmlər dərindən öyrənilir:
 “Riyaziyyat və informatika müəllimi” ixtisası üzrə ali məktəb diplomu alaraq məktəblərdə, orta ixtisas məktəblərində və ali məktəblərdə müəllim kimi fəaliyyət göstərmək olar. Həmçinin bu ixtisası bitirdikdə mühəndis-proqramçı, riyaziyyatçı, kompyuter sistemləri administratoru və s. kimi fəaliyyət göstərmək olar.
  Показать больше

Подробности

  • Форма обучения: Очное
  • Сектор: Азербайджан

Связанное

Comments (0)

Больше