Zootexnika kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi haqqında elmdir. Zootexnikanın əsas məqsədi minimum əmək və vəsait sərf edərək maksimum məhsul əldə etməkdir
Zootexnika ixtisası üzrə təhsil alan tələbələrə mikrobiologiya, heyvanların fiziologiyası, baytarlığın əsasları, zoogigiyena, istehsalatın mexanikləşdirilməsi və avtomatlaşdırılması, menecment kimi fənlər tədris edilir.
Zootexnika ixtisasını öyrənən zaman tələbələr müxtəlif növ heyvanları bəsləmək və artırmağı, onların gigiyenasına nəzarət etməyi, yem və yem əlavələrinin keyfiyyətini qiymətləndirməyi, heyvanların seleksiya üsullarını və genetikasını, həmçinin heyvandarlıq məhsulları istehsalının texnologiyasıni öyrənir.
Bu ixtisasın məzunları genetik, zoomühəndis, baytar feldşeri, heyvandarlıq mütəxəssisi, maldarlıq mütəxəssisi, kinoloq, arıçı və s. kimi vəzifələrdə çalışa bilər.
Bu sahədə təhsil alanlar heyvandarlıq məhsullarının emalı müəssisələrində, heyvanların yetişdirilməsi üzrə sənaye komplekslərində, elmi-tədqiqat laboratoriyalarında fəaliyyət göstərə bilər.
Показать больше
Comments (5)