Qrafika Специальность

Описание

Rəssamlıq düşüncə ilə deyil, ürəyin səsinə görə seçilən ixtisaslardandır. Cizgi, xətt və ləkə təsviri incəsənətin əsasları kimi istifadə edilir. Qrafika üslubunda işləyən zaman bir, nadir hallarda iki rəngdən istifadə edilir.
 
 Qrafika ixtisası üzrə təhsil alan tələbələr aşağıdakı fənləri öyrənirlər: rəsm, tətbiqi qrafika, kompozisiya. Bu fənlərdən əlavə tələbələrə kulturologiya, psixologiya, incəsənət tarixi, dekorativ sənət, kompüter qrafikası, qrafiki dizayn və s. kimi fənlər də tədris edilir. Qrafika ixtisasını bitirən məzunlar müxtəlif şirkətlərdə işləyə, həmçinin sərbəst fəaliyyət göstərə bilər.
 
 Əksər məzunlar öz karyerasına dizayner vəzifəsindən başlayırlar. Həmçinin məzunlar rəssam, bədii redaktor kimi də çalışa bilər. Rəssam -qrafistlərə kitab işi, reklam işlərində,buklet və maketlərin hazırlanmasında da ehtiyac duyulur.

Показать больше

Подробности

  • Форма обучения: Очное
  • Сектор: Азербайджан

Связанное

Comments (0)

Больше