Dekorativ sənət Специальность

Описание

Dekorativ incəsənət belə qruplaşdırılır:
 monumental dekorativ incəsənət (mozaika, taxta üzərində naxış, vitrajlar və s.)
 dekorativ tətbiqi incəsənət (bədii məişət məmulatları)
 Dekorativ sənəti (zalların bədii tərtibatı, vitrin)
 Dekorativ incəsənət bu sahələrə də ayrılır: metalın bədii işlənməsi, bədii keramika, bədii parça, taxta üzərində naxışlar.
 Dekorativ incəsənət ixtisası üzrə təhsil alan tələbələr yaradıcı fəaliyyətlə məşğul ola, düşünülmüş ideyaları hazır şəklə gətirə, dekorativ tətbiqi incəsənət əsərləri yarada və hazırlaya bilər.
 
 Dekorativ incəsənət ixtisasını öyrənən tələbələrə metal və digər materiallardan bədii məmulatlar, memarlıq, heykəltəraşlıq, əsas kompozisiyalar, dekorasiya texnikası, taxta üzərində bədii naxışlar, bədii keramika kimi profil fənləri keçilir. Bu fənlərdən başqa tələbələr fəlsəfə, tarix, iqtisadiyyat və digər elmləri də öyrənirlər.
 
 Dekorativ incəsənət ixtisasını bitirdikdən sonra məzunlar usta-rəssam kimi fəaliyyət göstərə bilər, belə ki, hənd-meyd hal-hazırda çox aktualdır. Bundan əlavə bu ixtisas sahibləri rəssamlıq məktəblərində və ali məktəblərdə müəllimlik edə, muzeylərdə və müxtəlif şirkətlərdə çalışa bilər.

Показать больше

Подробности

  • Форма обучения: Очное
  • Сектор: Азербайджан

Связанное

Comments (0)

Больше