Coğrafiya Специальность

Описание

Coğrafiya ən qədim elmlərdən biridir. Bu ixtisas üzrə təhsil alan tələbələr təbiətin mühafizəsi layihələrində iştirak edə, turistik marşrutlar təşkil edə, demokrafik proseslər monitorinqi keçirə bilər.
 Coğrafiya mütəxəssisi coğrafiyanın müxtəlif sahələri üzrə ixtisaslaşa bilər: fiziki coğrafiyaşünas landşaftın vəziyyəti haqqında proqnoz hazırlayır, müxtəlif faktorlardan asılı olaraq təbiət komplekslərini qiymətləndirir və onların müxətlif məqsədlər üçün istifadəsini müəyyənləşdirir.
 Ölkəşünasa şaxta tikilməsində, yollar salınmasında və qaz kəmərlərinin salınmasında ehtiyac duyulur. Belə ki, o, yer səthini, onun relyefini öyrənir, ölkə haqqında materiallar yığır.
 Coğrafiya ixtisasında təhsil alan tələbələr topoqrafiya, kartoqrafiya, metereologiya, torpaq coğrafiyası və s. kimi fənləri öyrənirlər.
 Bu ixtisasın məzunları müxtəlif vəzifələrdə -ali və orta məktəblərdə müəllim, bələdçi- ekskursiya rəhbəri, ekoloq, alim və tədqiqatçı kimi fəaliyyət göstər, milli parklar və qoruqlarda, həmçinin turistik şirkətlər işləyə bilər.
  Показать больше

Подробности

  • Форма обучения: Очное, Заочное
  • Сектор: Азербайджан

Связанное

Comments (0)

Больше