Описание

“Siyasi idarəetmə” fakültəsi Akademiya yarandığı vaxtdan fəaliyyət göstərir. Fakültənin nəzdində “Politologiya və siyasi idarəetmə”, “Beynəlxalq münasibətlər və xarici siyasət”, “Fəlsəfə və sosial psixologiya”, “Dövlət quruculuğu və hüquq” kafedraları və 11 nəfər tərkibdən ibarət olan Fakültə Elmi Şurası fəaliyyət göstərir.
Elmi Şuranın fəaliyyəti hər tədris ilinin başlanğıcında onun ilk iclasında təsdiq olunmuş iş planı əsasında həyata keçirilir. Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları təsdiq olunur, tədris prosesinin gedişi, tələbələrin dərslərə davamiyyəti, fakültə Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi, tədris-metodiki vəsaitlərin, proqramların və dərsliklərin işlənilib hazırlanması, təsdiq olunması, qış və yay yoxlama imtahan sessiyalarının mütəşəkkil keçirilməsilə bağlə hazırlıq işlərinin, sessiyaların nəticələrinin vəziyyəti, buraxılış işləri müvzularının və elmi rəhbərlərinin təsdiqi, aspirant və dissertantların namizədlik dissertasiyası mövzularının və elmi rəhbərlərinin təsdiqi, onların attestasiyadan keçirilməsi, kafedralararası metodoloji seminarların keçirilməsi, müəllimlər tərəfindən elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, buraxılış kursu tələbələrinin istehsalat təcrübəsinin təşkili, yekunları və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.
Fakültənin IV kurs tələbələri istehsalat təcrübələrini ixtisaslarına uyğun olaraq müvafiq dövlət idarə və təşkilatlarında keçirirlər.
Fakültə tələbələrinə bakalavr pilləsini bitirərkən politologiya, hüquqşünaslıq və beynəlxalq münasibətlər üzrə mütəxəssis diplomu verilir. Onların əksəriyyəti DİA-nın, respublikanın və dünyanın nüfuzlu universitetlərinin magistratura pilləsində təhsillərini davam etdirir, bir çoxları isə öz ixtisaslarına uyğun idarə və müəssisələrdə çalışırlar.

Показать больше

Подробности

  • Сайт:
  • Декан:
  • О декане:

Больше