Sənətşünas incəsənət sahəsində (musiqi, təsviri incəsənət, teatr, kino, dizayn, dəb, zərgərlik biznesi və s.), qədim dövrdən müasir dövrə qədər incəsənət tarixi haqqında biliklərə sahib olan mütəxəssisdir.
Sənətşünaslıq ixtisası üzrə təhsil alan tələbələr bu fənləri öyrənir: tarix, fəlsəfə, xarici dil, təsviri incəsənət, kino tarixi, teatr tarixi, təsviri incəsənət tarixi, incəsənət nəzəriyyəsi, kinoşünaslıq, iqtisadiyyat və s.
Sənətşünaslıq ixtisası üzrə təhsilini başa çatdıran məzunlar müxtəlif vəzifələrdə çalışa bilər: rəssam- tənqidçi, incəsənət tarixçisi, incəsənət sahəsində müxtəlif layihələrin təşkilatçısı. Bu ixtisasın məzunları kataloqlar, bukletlər hazırlayaraq, art-menecmentliklə məşğul olaraq özlərini reklam sahəsində də sınaya bilər. Yəni konsert proqramlarına, sərgi zallarına rəhbərlik edə, müxtəlif eksponatların ekspertizasını apara, ali məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər.
Daha çox göstər
Comments (12)