Geologiya mühəndisliyi İxtisas

Təsvir

Mühəndis-geoloq binaların tikintisi və təmiri zamanı mühəndisi-geoloji tədqiqatlar aparır və tikilən obyektlərin möhkəmliyinə cavabdehlik daşıyır.
 
 Bu ixtisas üzrə təhsil alan tələbələrə minerologiya, mühəndisi geologiya, ümumi geologiya, iqtisadiyyat, ali riyaziyyat, kimya, fizika, geokimya və s. kimi fənlər keçilir.
 Tələbələr smeta-müqavilə sənədləri tərtib etməyi, müəyyən iş haqqında hesabat tutmağı, binalar, qurğular və tikililər yoxlamğı, süxurları yoxlamağı və süxurlardan nümunə götürməyi, mühəndisi-geoloji işlər aparmağı, obyekt tikilməsi məqsədi ilə sahəni təhlil etməyi və s. öyrənirlər.
 
 Bu ixtisas təşkilati bacarıqların olmasını tələb edir, belə ki, mühəndis-geoloq qruplarda rəhbər kimi fəaliyyət göstərir. Mühəndis-geoloq iş səfərlərində daha çox olur. Kəşfiyyat, əsasən, əhali yaşamayan yerlərdə aparılır, buna görə də mühəndis-geoloq yüksək müşahidəçilik qabiliyyətinə və yaxşı yaddaşa malik olmalı, çətinliyə fiziki cəhətdən hazır olmalıdır.
  Daha çox göstər

Ətraflı məlumat

  • Форма обучения: Tam vaxt, Uzaq
  • Сектор: Azerbaijan

Əlaqəli

Comments (0)

Daha çox məlumat